“Bu il neft bolluğu olacaq” – ABŞ hökumətibackend

“Bu il neft bolluğu olacaq” – ABŞ hökuməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il dünyada neft təklifi qalığı gündəlik olaraq 1,08 milyon barel olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökuməti yanında Enerji Məlumatları Administrasiyasının (EİA) hesabatında bildirilir. Belə ki, neft tələbatının ümumi həcmi 93,14 milyon barel, təklif isə 94,22 milyon barel səviyyəsində güman olunur.

Bununla belə 2021-ci ildə dünya neft bazarında 100,16 milyon barellik tələbat müqabilində təklifin 99,37 milyon barel həcmində olacağı gözlənilir.

EİA-nın hesablamalarına görə, bu ilin birinci yarısında dünyada neft ehtiyatları gündılik 6,4 milyon barel artdığı halda, ikinci yarısında 4,2 milyon barel azalacaq. Gələn il isə ehtiyatların gündəlik azalma sürəti 0,8 milyon barel səviyyəsində gözlənilir.

Bununla yanaşı, 2020-ci ildə gündəlik hasilat proqnozu 3,2 faiz azaldılaraq 11,26 milyon barelə, 2021-ci ildə isə 1,2 faiz artırılaraq 11,14 milyon barelə çatdırılıb. “Brent” markalı neftin 2020-ci ildə qiymətinə dair proqnoz 2,3 faiz artaraq 41,42 ABŞ dolları, 2021-ci ildə isə 49,53 dollar səviyyəsində, WTI markalı neftin qiymətinə dair isə müvafiq olaraq 38,5 və 45,53 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.