Bu il İranda azı 251 nəfər edam olunubbackend

Bu il İranda azı 251 nəfər edam olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il yanvarın 11-dən iyulun 9-dək İranda 251 nəfər edam olunub”.

Tia.az  “İran İnternational”a istinadən xəbər verir ki, məlumatı “Amnesty International” və Abdullah Rəhman Brumand Fondu yayıb.

Bildirilib ki, ölüm hökmlərinin icrası belə davam edərsə, bu, 2021-ci ilin 314 edam göstəricisini ötəcək.Məlumata görə, bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Beynəlxalq qanunlara əsasən, bu cinayəti törədənlər edam olunmurlar.

Bildirilib ki, 2021-ci illə müqayisədə dünyada edamların sayı artıb. Bunun səbəblərindən biri İranda ölüm hökmlərinin icrası göstərilib.

BMT-nin Baş katibi Antonio Qutteriş bu ilin əvvəlindən bəri İranda edamların artmasından narahat olduğunu vurğulayıb.