Bu il imtahanlarda 700 bal toplayan olmadıbackend

Bu il imtahanlarda 700 bal toplayan olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
TİA.AZ xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər – Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu,1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.
Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.