Bu il ən çox qol vuran futbolçular – SİYAHIbackend

Bu il ən çox qol vuran futbolçular – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Bakupost.az xəbər verir ki, siyahıda Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.
24 yaşlı forvard cari ildə “Qarabağ” və “Legiya”nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42-48-ci pillələri bölüşdürür. IFFHS-in siyahısında 56 oyunçu var.
Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski 50 qolla ilk pillədə qərarlaşıb. Dortmund “Borussiya”sından Erlinq Holann (41) ikinci, İspaniya “Barselona”sından Fransa PSJ-sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.
Mahir Emreli İspaniya “Barselona”sından “Atletiko” (Madrid) klubuna icarəyə verilən Antuan Qrizmanndan (22 qol) və İtaliya “Latsio”sunun forvardı Çiro İmmobiledən (22) daha çox qol vurub.