Bu il azərbaycanlılar ən çox hansı ölkələrə səfər edib? – Siyahıbackend

Bu il azərbaycanlılar ən çox hansı ölkələrə səfər edib? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
TİA.AZ açıqlanan rəsmi məlumata istinadən bildirir ki, gələnlərin 26,2 faizi Rusiya, 19,8 faizi Türkiyə, 11 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Qazaxıstan, hər birindən 1,6 faiz olmaqla İsrail və Küveyt, 1,5 faizi Oman, 1,4 faizi Özbəkistan, 1,2 faizi Böyük Britaniya, 10,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən – 167,1 dəfə, Omandan – 148,8 dəfə, Pakistandan – 27,3 dəfə, Hindistandan – 15,1 dəfə, İsraildən – 6,2 dəfə, Bəhreyndən – 6 dəfə, Qazaxıstandan – 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,7 dəfə, ABŞ-dan – 3,5 dəfə, Almaniyadan – 3,0 dəfə, Fransadan – 2,6 dəfə, Böyük Britaniyadan – 2,0 dəfə, Türkiyədən – 1,8 dəfə, İrandan – 1,7 dəfə, Ukraynadan – 1,7 dəfə, Rusiyadan – 1,7 dəfə, Gürcüstandan – 23,2 faiz artıb.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,2 dəfə artıb. Ölkə vətəndaşlarının 48 faizi Türkiyəyə, 17 faizi Rusiyaya, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.