Bu il Azərbaycanda 1 862 əkiz, 51 üçəm, 4 dördəm doğulubbackend

Bu il Azərbaycanda 1 862 əkiz, 51 üçəm, 4 dördəm doğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən TİA.AZ-a məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1 862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

pia.az