Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıbbackend

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanda nikah və boşanma hallarının sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.