backend

Bu il 2042 azərbaycanlı əcnəbi ilə evlənib – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il 2042 Azərbaycan vətəndaşı əcnəbi ilə nikaha daxil olub.  
Bu il 2042 Azərbaycan vətəndaşı əcnəbi ilə nikaha daxil olub. 

TİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasının rayon (şəhər) qeydiyyat şöbələri və nikah evlərində ölkə vətəndaşları ilə əcnəbilər arasında 2042 nikah qeydə alınıb.

Azərbaycanlı 1004 kişi əcnəbi qadınla nikaha girib. Eyni zamanda 1038 azərbaycanlı qadın əcnəbi kişi ilə nikah bağlayıb.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda ölkə vətrəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 2680, 2013-cü ildə 2780 nikah, 2014-cü ildə isə 1816 nikah bağlanıb.