Bu həftə əfv gözlənilir: – Müraciətlərin yarısına müsbət rəy verilibbackend

Bu həftə əfv gözlənilir: – Müraciətlərin yarısına müsbət rəy verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv komissiyasının bu günə qədər 9 iclası keçirilib. Sonuncu iclas martın 17-də baş tutacaq. Bununla da komissiya işini yekunlaşdıracaq.

Bunu  açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, indiyədək əfvlə bağlı 1000-dən artıq müraciətə baxılıb.
“Sonuncu iclasda müraciətlərə baxılacaq və müsbət rəy verilənlər toplanıb Prezidentə təqdim olunacaq”, – deyən komissiya üzvü indiyədək müraciətlərin təxminən yarısına müsbət rəy verildiyini vurğulayıb.

“Çox güman ki, Novruz bayramına qədər növbəti Əfv sərəncamı imzalanacaq” – Rəşad Məcid qeyd edib.