Bu gündən Özbəkistanda kinoteatr, teatr, istirahət parklarının fəaliyyəti bərpa olunurbackend

Bu gündən Özbəkistanda kinoteatr, teatr, istirahət parklarının fəaliyyəti bərpa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Özbəkistanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar sentyabrın 5-dən ölkədə kinoteatr, teatr, istirahət parklarının fəaliyyəti bərpa olunur.
Bununla əlaqədar koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Qərara görə ictimai iaşə müəssisələri sosial məsafə gözləməklə (kafe, restoran, yeməkxana) qapalı məkanlarda da müştərilərə xidmət edə bilərlər. Bundan əvvəl ancaq açıq havada belə xidmətə icazə verilirdi.
Kafe, restoran, yeməkxanalarda banketlərin və digər kütləvi tədbirlərin keşirilməsinə, gecə klubları, diskotekalar, bilyard salonları, kompüter oyun mərkəzlərinin fəaliyyətinə olan qadağa qüvvədə qalır.
Bir gün əvvəl isə sosial məsafə gözləməklə ölkədəki məscidlərdə cümə namazının qılınmasına icazə verilib.