Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayırbackend

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.

TİA.AZ-ın məlumatına görə, valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.