Bu gündən həftəsonu yalnız bu sahələr işləyəcəkbackend

Bu gündən həftəsonu yalnız bu sahələr işləyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərarla noyabrın 21-dən ölkə üzrə məhdudiyyətlərin tətbiq olunduğu həftəsonlarında fəaliyyətinə icazə verilən sahələr müəyyənləşib.

TİA.AZ xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

1. hüquq-mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

8. mühafizə xidmətləri.

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki