Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılırbackend

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

Qurumun mətbuat rəsmisi Rafiq Əliyev bildirib ki, bəzi dağlıq və dağətəyi regionlarda istiliyin verilməsi mayın 1-nə kimi davam edəcək: “Bu gündən etibarən istilik xətlərinə hidravlik təzyiq verilib yoxlanılmasına başlanılacaq. Bunun  əsasında da  növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri görüləcək”.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də isə başa çatır. Buna görə də bu gün respublikanın istiliklə təmin edilməsiylə bağlı son gün hesab edilir.