Bu gün Zəngilanın işğalından 27 il ötmürbackend

Bu gün Zəngilanın işğalından 27 il ötmür

Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
TİA.AZ-ın məlumatına görə, 20 oktyabr tarixində Zəngilan şəhəri Ermənistan işğalından azad olunub. Elə həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də işğalçılardan təmizlənib.
Daha sonrakı günlərdə (21,22,23,26 oktyabr) Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Vənədli və Mirzəhəsənli, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri və Ağbənd qəsəbəsi Ordumuz trəfindən işğaldan azad olunub.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki