Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcəkbackend

Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb”.
Bunu  TİA.AZ-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb: “Güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti bəzi rayonlarda 24-28, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.
Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.
Bölgələrdə də küləkli, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”.
G.Məmmədova bildirib ki, noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də Bakıda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim cənub-şərq küləyi əsəcək”.