Bu gün Vətən müharibəsinin şəhidi Asif Səxavət oğlu Qəribovun anım günüdürbackend

Bu gün Vətən müharibəsinin şəhidi Asif Səxavət oğlu Qəribovun anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
30 senytabr 2022-ci il tarixdə Şirvan şəhərinin Vətən müharibəsində ilk şəhidi Asif Səxavət oğlu Qəribovun anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Asif Səxavət oğlu Qəribovun ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə əsgər və zabitlərimizin qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin şanlı məqamlarından bəhs edib. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda birləşən xalqımızın heç vaxt sarsılmadığını, şəhidlərimizin müqəddəs ruhu və torpaqlarımızın işğaldan azad edilməsinin qüruru ilə daha da güçləndiyini qeyd edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə olunan təşkilati dəstəkdən, mənəvi və maddi köməkliklərdən danışıb. Onların mənzil-məişət problemlərinin, sosial qayğılarının aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Şirvan şəhərində həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsi şəhidlərinə və ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Şirvan şəhərinin Vətən müharibəsində ilk şəhidi olan Asifin hər zaman qəlblərdə yaşayacağını, onun ömür yolunun gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayacağını bildirib.
Sonra çıxış edən Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Asifin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərmağan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söyləyiblər.
Daha sonra tədbir iştirakçıları “Şəhid Anası” memorial abidə kompleksini və şəhid Amal Seyfəddin oğlu Alışanlının Şəhidlər Xiyabanının qarşısında yaradılan xatirə guşəsini ziyarət ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!