Tribuna İnformasiya Agentliyi

Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür

20 Avqust
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
TİA.AZ  xəbər verir ki, mərhələnin ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
“Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL komandası ötən il UEFA Çempionlar Liqasının yarımfinalçısı Hollandiyanın “Ayaks” klubunu, LASK (Avstriya) isə “Brügge”ni (Belçika) qəbul edəcək.
Çexiyanın “Slaviya” klubu səfərdə ÇFR (Rumıniya) komandası ilə qarşılaşacaq.
Hər üç oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.