Bu gün Ramazanın sonuncu Qədr gecəsidirbackend

Bu gün Ramazanın sonuncu Qədr gecəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ramazan ayının sonuncu Qədr gecəsidir.

TİA.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqvimində qeyd olunub.

Bildirilir ki, mayın 9-dan 10-na keçən gecə (Ramazanın 26-cı günü) sonuncu Qədr gecəsidir.

Qeyd edək ki, ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecə, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecə, üçüncü Qədr gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.