Bu gün qəbul imtahanı keçiriləcəkbackend

Bu gün qəbul imtahanı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
Mərkəzdən bildirilib ki, imtahanlar Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.
İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış-saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1 431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1 859 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 184 abituriyentin iştirakı nəzərdə tutulur. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.