Bu gün “Qarabağ” – “Sürix” matçı varbackend

Bu gün “Qarabağ” – “Sürix” matçı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxır.

Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkəcək. İsveçrə çempionu ilə ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki matça nisbətən rahat yollanmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu