Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcəkbackend

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.
“Report”un məlumatına görə, qarşılaşmalardan biri bölgədə, digəri paytaxtda baş tutacaq.
Günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Hazırda 10 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. İki kollektiv indiyədək ölkə çempionatında üz-üzə gəlməyib.
Turun mərkəzi oyununda isə “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə qarşılaşacaq. Hər iki komandanın aktivində 18 xal olsa da, “köhlən atlar” rəqibindən 1 oyun az keçirib.
Ağdam və Bakı təmsilçiləri bunadək ölkə çempionatında 87 dəfə bir-birinə rəqib olub. Bunların 34-ü “Qarabağ”ın, 23-ü “Neftçi”nin xeyrinə başa çatıb. 30 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu üstündür – 104-79
“Qarabağ” son 4 görüşdə qələbə qazanıb. Ağdam klubu son iki ev oyununda 4 top vurub.
Azərbaycan Premyer Liqası
VIII tur
1 oktyabr (şənbə)
15:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu.
18:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”.
Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.