“Bu gün ona pul versən sabah məcbursan uşağa da verəsən, bir uşağa versən məcbursan ki…”backend

 “Bu gün ona pul versən sabah məcbursan uşağa da verəsən, bir uşağa versən məcbursan ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda “Kişi ev işlərinə görə həyat yoldaşına pul ödəməlidir”- fikri sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Moderator.az-a danışan prodüser, aktyor Elməddin Cəfərov Musa Quliyevin fikri ilə razılaşmadığını bildirib:

“Musa müəllimin fikri ilə qəti şəkildə razı deyiləm. Bu fərdi olan bir şeydir. Qadına maddi nədənsə kömək etmək olar. Ailədə qadın nəsə xahiş edəndə ona pul verdikdə bunu görən uşaq da sabah pul istəyəcək. Bu onun psixologiyasına təsir edəcək. Bunun pis tərəfləri var. Bu gün anaya pul versən sabah məcbursan uşağa da verəsən, bir uşağa versən məcbursan o biri uşağa da verəsən. Niyə axı? O mühitdə böyüyən uşaq sabah atdığı hər addımda atadan pul istəyəcək. Qətiyyən tərəfdarı deyiləm. Kişi evdən çıxıb, pul qazanmağa gedir, onda qadın da ona pul verməlidir ki, çöl işlərini görürsən, əziyyət çəkirsən? Niyə münasibətlər pula görə təyin edilməlidir ki?”.