Bu gün nə qədər peyvənd vurulub?backend

Bu gün nə qədər peyvənd vurulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 2-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 54 min 379 doza vaksin vurulub.
TİA.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 876, ikinci mərhələ üzrə isə 6 min 503 nəfər olub.
İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 367 min 94-dür. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 452 min 774, ikinci mərhələ üzrə 914 min 320 nəfər təşkil edir.