Bu gün müəllimlərin BAYRAMIDIRbackend

Bu gün müəllimlərin BAYRAMIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.  Bu əlamətdar gün 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə tövsiyə xarakterli sənədin qəbulunun ildönümünün qeyd olunması ilə əlaqədar UNESCO-nun qərarı ilə 5 oktyabr 1994-cü ildən  keçirilir. Tövsiyə müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, işə yerləşdirilməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir.  Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.