Bu gün İsrailin 11-ci prezidenti seçiləcəkbackend

Bu gün İsrailin 11-ci prezidenti seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsrailin Knessetində (ölkə parlamenti-red) yeni prezident seçkiləri keçiriləcək.

Bu barədə TİA.AZ TASS-a istinadən xəbər verir.

Yeni seçilmiş namizəd iyulun birinci ongünlüyündə İsrail prezidenti Reuven Rivlini əvəz edəcək və yəhudi dövlətinin 11-ci olacaq.

“İsrailin növbəti prezident seçkiləri çərşənbə günü – 2 iyunda olacaq. Prezident seçkiləri Knessetin plenumunda gizli səsvermə yolu ilə keçiriləcək”, – parlament mətbuat xidməti bildirib.

Prezident kürsüsünə iki namizəd iddialıdır. Bunlardan biri 2018-ci ildən “Soxnut” agentliyinə rəhbərlik edən İsрak Hersoq və ölkə tarixində preяident seçkilərində ikinci qadın namizəd Miryam Peresdir.

İsrailin hazırkı prezidenti Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatacaq. Qanuna əsasən onun yerinə seçkilər bu tarixdən 30 gün əvvəl keçirilməlidir.