Bu gün ilk Qədr gecəsidirbackend

Bu gün ilk Qədr gecəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

TİA.AZ  xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-ü, üçüncüsü mayın 16-na və sonuncusu mayın 20-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.