Tribuna İnformasiya Agentliyi

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15 Fevral

Bu gün ilin ilk Günəş tutulması baş verəcək. “Report”un məlumatına görə, ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək.

Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Qeyd edək ki, bu il daha iki Günəş tutulması hadisəsi qeydə alınacaq. Onlardan biri iyulun 13-də, digəri isə avqustun 11-də baş verəcək. Budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq. Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq.