Tribuna İnformasiya Agentliyi

Bu gün “Eurovision”ın finalıdır

12 May

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək

Axşam.az-ın məlumatına görə, 26 ölkənin təmsilçisi final uğrunda mübarizə aparacaqlar.
Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, ikincidə isə Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland finala vəsiqə qazanıb.
Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.
Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Aysel Məmmədova finala vəsiqə qazana bilməyib.