Tribuna İnformasiya Agentliyi

Bu gün bürcünüz nələr vəd edir?

24 Noyabr

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik 

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik

 

Qoç – Önəmli insanların etibarından sui-istifadə etməyin. Günün ikinci yarısında yaşam arealı ilə çalışdığınız məkanda qayda yaradın. İlkin təəssüratlara aldanmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Buğa – bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək.
Əkizlər – çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.
Xərçəng – təmasları daha intensiv edin. Axşam saatlarında ola biləcək yeni tanışlıq uzunmüddətli əlaqəyə çevrilə bilər.
Şir – peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz.
Qız – yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.
Tərəzi – sizə yardım edənlə maneələr yaradanı ayıra bilin. Yanınızda olan şəxslərin heç də hamısı sizin yaxşılığınızı istəmir. Ehtiyatlı olun.
Əqrəb – dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz. Maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun.
Oxatan – təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil. Çünki qərarlarınız, niyyət və addımlarınız onlar üçün tam şəffafdır.
Oğlaq – ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini “hədiyyə” etmək istəyirlər.
Dolça – maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir. Maddi məsələlərdə qətiyyətli olun. Alış-verişdə bədxərclik etməyin.
Balıqlar – sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər.