“Bu gün Azərbaycanda 3 milyon işsiz var” – İqtisadçıbackend

“Bu gün Azərbaycanda 3 milyon işsiz var” – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün Azərbaycanda 3 milyon işsiz var”.  
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu gün ölkə əhalisinin 5-%-ı işsizdir:
“Biz bununla bağlı dəfələrlə faktlar açıqlamışıq. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bir hesabatı vardı ki, ölkədə yalnız işsiz qadınların sayı 1 milyona yaxındır. Bu gün xidmət və digər sahələrdə daha çox işləyən qadınlardır. Əhalinin kişi qisminin nə qədərinin işsiz olduğunu isə açıqlamayıblar”.
Vahid Məhərrəmov vurğulayıb ki, işsiz olan 3 milyon əmək qabiliyyətli əhalidir:
“Onların uşaqları, körpələri var. Biz indi sosial şəbəkələrdə fotolar görürük, ayaqyalın, başıaçıq, paltarları cır-cındır, üzünə baxanda görürsən ki, sağlam böyüməyib, xəstədir. Son vaxtlar şəhid olan əsgərlərimizin də evlərində çəkilişlər olur, onların hansı şəraitdə böyüdüyünü görürük. Evlərinin vəziyyəti isə olduqca acınacaqlıdır. Onlar normal qidalana, təhsil ala bilmirlər. Yəni belə olan halda hökumət onların normal yaşaması, təhsil alması üçün yardım etməlidir”.