Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxdubackend

Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. 

Nazirlikdən bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. Bu günə qədər isə ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distan təhsilə keçirilib.