Bu gün Azərbaycan millisi Avropa çempionları ilə final görüşünə çıxırbackend

Bu gün Azərbaycan millisi Avropa çempionları ilə final görüşünə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

TİA.AZ xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komandamız dünən Bolqarıstana penaltilər seriyası ilə qalib gələn Rumıniya millisi ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək və İdman TV-də canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan millisi B qrupundakı ilk oyununda Avropa çempionları olan bu rəqibinə 0:2 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.