Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcəkbackend

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

TİA.AZ-ın məlumatına görə, bu raundun hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin favoritlərindən Almaniya “Leyptsiq”i evdə Şotlandiya “Reyncers”ini qəbul edəcək. “Red Bull Arena”dakı matçın baş hakimi fransalı Benua Bastyen olacaq.

Meydan sahiblərindən Məhəmməd Simakan, Villi Orban və Kevin Kampl cəzalı olduqları üçün görüşü buraxacaqlar. Qonaqların heyətində isə itki yoxdur.

Gecənin digər qarşılaşmasında İngiltərə “Vest Hem”i eyniadlı stadionda Almaniya “Ayntraxt”ını sınağa çəkəcək. Matçı Niderlanddan olan FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.

Frankfurt təmsilçisində 2 futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək. Müdafiəçi Evan N Dika və yarımmüdafiəçi Kristian Yakiç oyunda iştirak etməyəcəklər.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. “Leyptsiq” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, “Red Bull Arena”

23:00. “Vest Hem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, “Vest Hem” stadionu

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.