Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcəkbackend

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

TİA.AZ-ın məlumatına görə, ilk turun bütün oyunları eyni gündə keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olacaq.

Türkiyə klublarından “Fənərbağça” B qrupunda Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edəcək. “Trabzonspor” isə Macarıstanda “Ferentsvaroş”la üz-üzə gələcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

8 sentyabr

A qrupu

20:45. “Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə)

20:45. PSV (Niderland) – “Budö Qlimt” (Norveç)

B qrupu

20:45. AEK (Larnaka, Kipr) – “Renn” (Fransa)

20:45. “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna)

C qrupu

20:45. “Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya)

20:45. HİK (Finlandiya) – “Betis” (İspaniya)

D qrupu

20:45. “Malmö” (İsveç) – “Braqa” (Portuqaliya)

20:45. “Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika)

E qrupu

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)

23:00. “Omoniya” (Kipr) – “Şerif” (Moldova)

F qrupu

23:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)

23:00. “Şturm” (Avstriya) – “Midtüllan” (Danimarka)

G qrupu

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

23:00. “Nant” (Fransa) – “Olimpiakos” (Yunanıstan)

H qrupu

23:00. “Srvena Zvezda” (Serbiya) – “Monako” (Fransa)

23:00. “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə)