Bu gün 262 nəfər koronavirusa yoluxdu – 2 ölübackend

Bu gün 262 nəfər koronavirusa yoluxdu – 2 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.