Tribuna İnformasiya Agentliyi

Bu günə olan valyuta məzənnələri

02 May

Azərbaycan Mərkəzi Bankı 2 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0404 manatdır.

1 türk lirəsi 0,4140 manat, 1 rus rublu 0,0268 manat, 100 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6932 manat təşkil edir.