Bu faktlar sizi kolbasadan imtina etməyə vadar edəcəkbackend

Bu faktlar sizi kolbasadan imtina etməyə vadar edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolbasa, vetçina və sosis ən sevimli ət yarımfabrikatlarıdır.

Bir çox insanlar bu məhsulları hər gün olmasa da həftədə bir neçə dəfə yeyir. Bütün dünyada diyetoloqlar və qida mütəxəssisləri bu məhsulları ən ziyanlı məhsullardan biri kimi qiymətləndirir və onlardan tam intina etməyə çağırır.

Əksər hallarda kolbasa, sosis və vetçinanın hazırlanmasında ətin yaxşı hissələrindən istifadə olunmur. Bu məhsulların istehsalı zamanı ətin artıqları, dəri, qığırdaqlar və s. tullantılardan istifadə olunur. Həmçinin xoş dad və qoxu vermək və saxlanma müddətini artırmaq üçün bu məhsullara çoxlu miqdarda duz, dadvercilər, konservantlar, antibiotiklər, nitritlər və s. sağlamlıq üçün çox ziyanlı olan maddələr əlavə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri sübut edir ki, kolbasa və sosis orqanizmə spirtli içkilər və siqaret qədər ziyan vurur. Sizə bu ziyanları sadalayaq:

Bu faktlar sizi kolbasadan imtina etməyə vadar edəcək

TİA.AZ bildirir ki, kolbasa və sosis mədə-bağırsaq sistemi üçün çox ziyanlıdır, pis həzm olunur, həzm proseslərini pozur, həzmsizliyə səbəb olur.

– Xərçəngin riskini artırır, xüsusilə bu bağırsaq xərçənginə aiddir.

– Orqanizmin hormonal fonunu pozur.

– Astmanın simptomlarını artırır.

– Ürək-damar sisteminə ziyan vurur. Duzla zəngin olan bu məhsullar təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin onların istehlakı qanda xolesterinin səviyyəsini atrırır ki, bu da ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir.

– Kolbasa və sosisdə olan kimyəvi maddələr orqanizmdə toplanaraq müxtəlif orqan və sistemlərə ziyan vurur, orqanizmin qocalmasını tezləşdirir .(Sağlamolun.az)