backend

Bu ərazidə piyada keçidi tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüseyn Cavid parkının qarşısında yeraltı piyada keçidi inşa edilir. 

Hüseyn Cavid parkının qarşısında yeraltı piyada keçidi inşa edilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metr olacaq. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metr olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar quraşdırılacaq.