Bu dərman dünyanın ən bahalı dərmanıdır -2 125 000 dollar…backend

Bu dərman dünyanın ən bahalı dərmanıdır –2 125 000 dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən bahalı dərmanı “Zolgensma”dır .TİA.AZ xəbər verir ki, bu dərmanın qiyməti 2 125 000 dollardır. 2019-cu ildə FDA tərəfindən rəsmi olaraq təsdiqlənib.
“Zolgensma” uşaqlarda ağciyər infeksiyasına və əzələ eroziyasına səbəb olan və nadir görülən SMA (onurğa əzələlərinin atrofiyası) xəstəliyinin müalicəsində istifadə edilir. Dərmanın tək dozası xəstəliyi müalicə edə bilir.
İndiyə kimi dünyada 1200-dən çox uşağın bu dərman vasitəsilə gen müalicəsi edildiyi və sağaldığı bildirilir. Bu xəstəliyi müalicə edən daha ucuz (amma yenə də çox baha) digər dərmanlar da var.

Dərmanın qiyməti yüksək olduğu üçün şirkət məbləği 5 illik kreditə bölə bilir. Dərman işə yaramadıqda isə ödənişə bir qədər güzəşt edirlər.