Bu dairələrdə parlament seçkiləri təkrar keçiriləcək – SİYAHIbackend

Bu dairələrdə parlament seçkiləri təkrar keçiriləcək – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda 4 Seçki Dairəsi üzrə nəticələri ləğv etdi.

 

TİA.AZ xəbər verir ki, bu dairələr – 33 saylı Xətai birinci, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü, 80 saylı İmişli- Beyləqan seçki dairələridir.

Seçki Məcəlləsinin tələblərinə əsasən bu dairələrdə yenidən seçki keçiriləcək.

 

Xatırladaq ki, 9 fevral parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə qalib elan olunmuşdu.