Bu dairədən 45 nəfər deputat olmaq istəyirbackend

Bu dairədən 45 nəfər deputat olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
15 saylı Yasamal Birinci Seçki Dairəsindən rekord sayda deputatlığa namizəd var.
BakuPost xəbər verir ki, 45 nəfər imza vərəqi götürüb.
DSK-dan verilən məlumata görə, imza vərəqələri təqdim edənlərdən bəzilərinin namizədliyi qeydə alınmayıb, bir–neçə nəfər isə imza vərəqələrini geri qaytarmayıb.
Dairədən neçə nəfərin qeydə alınacağı isə hələlik məlum deyil.
Bildirək ki, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, deputat Ülvi Quliyev, Elçibəyin qohumu, Bəyaz Hərəkatının rəhbəri Hürrü Əliyev də bu dairədən deputatlığa namizəddir.