Bu da Arif Quliyevin YAŞADIĞI EV- XANIMI SON ARZUSUNU AÇIQLADI (VİDEO)backend

Bu da Arif Quliyevin YAŞADIĞI EV- XANIMI SON ARZUSUNU AÇIQLADI (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşı Xalq artisti Arif Quliyevin son arzusundan danışıb.

Aktyorla birgə yaşadığı evdən Lent.az-a açıqlama verən Gülzar Quliyeva bu sözləri deyib: “Artıq 43 il idi ki, Ariflə evli idik. 1985-ci ildən bəri isə bu evdə yaşamışıq. Arif bəyin ən böyük arzusu nəvələrinin toyunu görmək idi. Qismət olmadı”.

Xatırladaq ki, A.Quliyev ötən gün koronavirusdan dünyasını dəyişib.

Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlıda (indiki Şirvan) anadan olub.
Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.
Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.