Bu cinayətkarların 70 %-i zorakı ailələrdə böyüyən insanlardır… – Ekspertbackend

Bu cinayətkarların 70 %-i zorakı ailələrdə böyüyən insanlardır… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hesab edirəm ki, Azərbaycanda ailə zorakılğı hallarında əziləni müdafiə edəcək qurumlar çox zəif və qeyri-professionaldır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Qadın Hüquqları Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva Azərbaycanda zorakılıq hallarının artmasını şərh edərkən deyib. Hüquq müdafiəçisinin fikirincə, bununla bağlı qanun qəbul olunsa da, ölkədə zorakılığın səviyyəsi azalmaq əvəzinə artmağa doğru gedir:
“Zorakılıq halının baş verməsi, insanların ailə zorakılığı ilə bağlı təsəvvürlərinin, qarşılıqlı hörmət və dəyərlərlə bağlı münasibətlərinin, bilgilərinin aşağı səviyyədə olması da  zorakılıqlara gətirib çıxardır. Zorakılıq ailənin güclü tərəfinin zəif tərəfinə qarşı törətdiyi fiziki, psixoloji, iqtisadi, sosial hallardır. Ailənin güclü üzvü qadın da ola bilər, kişi də. Hətta bəzən yaşlı insanlar da ola bilər. Onlar ailənin fiziki cəhətdən zəif üzvlərinə qarşı məqsədli şəkildə davamlı zorakılıq hərəkətləri törədirlər. Təəsüflər olsun, bununla bağlı da maarfləndirmə işləri aparılmır ki, insanlar öz hərəkətlərinin qiymətini verə bilsinlər”.
Ekspert əlavə edərək bildirib ki, bəzən ailə münasibətləri şəxsi hüquqlara aid olduğuna görə, uzun müddət ailədaxili problem kimi qəbul olnduğundan hər hansı bir dövlət qurumlarını maraqlandırmayıb:
“1970-ci illərdən sonra isə cinayətkarlğın səviyyəsinin, insan cinayətlərinin artması bəşəriyyəti düşündürməyə başladı. Məlum oldu ki, bu cinayətkarların 70 %-i zorakı ailələrdə böyüyən insanlardır. Ona görə də ailə münasibətlərinin hüquq tənzimlənməsi bir görəv kimi gündəmə gəldi. Qanunlar müxtəlif cür adlandırılsa da, əsas məqsəd ailədəki münasibətlərin hüquqi tənzimlənməsi oldu. Azərbaycanda bu qanun belə adlanır – Məişət Zorakılığı. Bizdə bu son 10 ilin hadisəsidir. Bütün bunlar ailə münasibətlərindəki hər hansı bir zorakılığın qarşısını almaq üçün görülən tədbirlərdir. Məsələn, Fransa, Almaniya təcrübəsi daha aktualdır, onlarda tez-tez bu qanunlara dəyişikliklər olunur, zorakılığın aradan qaldırılması üçün operativ tədbirlər görülür. Azərbaycanda isə Məişət Zorakılığı Haqqında Qanun qəbul olunandan sonra əsaslı dəyişikliklər və əlavələr yoxdur. Eyni zamanda digər qanunlarla da uyğunlaşdırılması məsələsi hələlik yarımçıq qalıb. Cinayət Məcəlləsi, Ailə Məcəlləsi, Mülkü Prosedual Məcəllə və s. bunlar hamısı ailə münasibətlərində baş verən anlaşılmazlıqları aradan qaldırmaq üçün xüsusi hüquqi normaların olmasını zəruri edir. Amma buna baxmayaraq, hələlik bu məsələlər açıq qalıb”.
Azərbaycanda bununla bağlı məsələlərin tənzimlənməsinə gəlincə, hüquq müdafiəçəsi deyir ki, bu, çox yarımçıq səviyyədə, müəyyən bir prosesi təmin etmək, zorakılığın aradan qaldırılması üçün yetərli deyildır:
“Baxmayaraq ki, 2010-cu ildə bu qanun qəbul edilib, zorakılığın səviyyəsi kimi ailəcinayətləri də artmaqda davam edir. Məişət zorakılığına gətirən hallar və günahkarlar var. Bunların heç biri qanunda xüsusi maddələrlə tənzimlənmir”.