Bu çimərliyə gedən ölürbackend

Bu çimərliyə gedən ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.
TİA.AZ bildirir ki, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.