Bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər (VİDEO)backend

Bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 17 mərtəbəli binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər. Sakinlərin iddialarına görə, Mənzil Tikinti Kooperativinin təsisçisi mənzillərə aid eskiz layihələri onlara verməkdən imtina edib. Sakinlərin sözlərinə görə bu sənəd üçün onlardan pul tələb edilir. Məsələyə tikinti şirkəti də münasibət açıqlayıb.  
İllər əvvəl rəsmi qaydada pul ödəyib mənzil alıblar. Amma indi yaşadıqları evə çıxarış ala bilmirlər. Bu iddia ilə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakinləri çıxış ediblər. Söhbət ”V-massivi” 5-D ünvanında yerləşən, 2008-ci ildə ”Ayla” mənzil tikinti koperativi tərəfindən inşa edilmiş binadan gedir. Sakinlərin sözlərinə görə, onlar həmin vaxt müqavilə əsasında ödəniş edərək, mənzil alıblar və əllərində buna dair maliyyə arayışları var.
Sakinlər iddia edirlər ki, 2019-cu ildə bina dövlət qeydiyyatına alınarkən MTK-nın təsisçisi Əli Abışov binadakı 240 mənzildən 28-nə çıxarış almaq üçün eskiz layihəsi verməyib.
Sakinlərin iddialarına görə MTK-nın təsisçisi Əli Abışov sözügedən sənədi onlara verməmək üçün sakinlərin adına olan müqavilə sənədini də ləğv edib.
Məsələ ilə bağlı ”Ayla” mənzil tikinti kooperativinin ofisinə getdik. Şirkətin hüquqşünası Gülbala Zamanov isə sakinlərin iddiaları ilə razılaşmayıb. Bildirib ki, təsisçi Əli Abışov 2013-cü ildə həbs edilərkən MTK-nın sədri İsmayıl Paşayev başqa sahibləri ola-ola mənzilləri qanunsuz olaraq bu vətəndaşlara satıb. Gülbala Zamanov MTK-rəhbərliyinin çıxarış üçün pul tələb etməsi ilə bağlı sakinlərin iddialarının əsassız olduğunu bildirib.
Vaxtı ilə tikinti şirkətinin sədri olan İsmayıl Paşayevlə də əlaqə saxladıq. Adı çəkilən şəxs isə mənzillərin təsisçi Əli Abışovun həbsdə olduğu vaxt məhz onun istəyi ilə satdığını iddia edib.
Qeyd edək ki, MTK-nın təsisçisi bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib və iş orda araşdırılır.