“Bu Azərbaycana yayıldığı halda vəziyyət ciddi ola bilər” – Adil Qeybullabackend

“Bu Azərbaycana yayıldığı halda vəziyyət ciddi ola bilər” – Adil Qeybulla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada koronavirusun dördüncü dalğası başlanır. Ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Klyuqenin bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, nəinki dünyanın digər yerlərində, elə Avropanın özündə təşviş hiss olunmur, karantinlərə çağırış yoxdur.

Əksinə, bəzi ölkələrdən vaksinasiya prosesi ilə əsaslandırılaraq, məhdudiyyətlərin tətbiq edilməyəcəyi barədə açıqlamalar verilir. Eləcə də ölkələrin iqtisadiyyatlarının artım tempinin pandemiyadan əvvəlki dövrdə olduğu səviyyələrə çatdırılacağı proqnozlaşdırılır.

Pandemiya amilinin əksinə olaraq neftə təlabatın artacağı, bunun da öz növbəsində qiymət artımına öz təsirini göstərəcəyi qeyd olunur.

ÜST-dən başqa, ayrı-ayrı ölkə rəhbərləri də öz vətəndaşlarına “4-cü dalğa” xəbərdarlığını edirlər, o cümlədən də bəzi ölkələrdə həqiqətən də yoluxma yüksək həddədir, amma necə deyərlər, hərə öz işindədir. Koronavirus xəbərdarlıqlarının nəticəsində stress yaranmaması və bunun insanların səhhətinə mənfi təsir etməməsi sevindirici hal olsa da, əsas məsələ COVID-19 təhlükəsinin nə qədər real olaraq qalmasındadır?

Qeyd edək ki, yeni dalğa daha çox “Delta” ştammı ilə əlaqələndirilir.

4-cü dalğa xəbərdarlıqları niyə dünyada əvvəlkilər qədər ciddi qarşılanmır? Daha əvvəl proqnozlaşdırıldığı kimi insanlar viruslarla yaşamağa öyrəşib, yoxsa koronavirus əvvəlki qədər təhlükəli deyil?

Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında təhlükənin real olaraq qaldığını və bütün hallarda ehtiyyatlı davranmağın tərəfdarı olduğunu bildirib:

“Bizim insanlar fakt baş verəndən sonra reaksiya verirlər. Hələ indiyədək “boş şeydir” yazanlar da var. Bütün iaşə müəssisələri səhər-axşam doludur, əvvəlki kimi 500 nəfərlik toylar baş verir, bunlar böyük yoluxma potensialıdır. Pandemiyadan nə dərs çıxarıldı& – Heç nə. Əlbəttə bütün bunlar gələcəkdə dördüncü dalğaya doğru aparır”.

Professor qeyd edib ki, Rusiyanın təcrübəsi sübut edib ki, vaksin vurulanların da böyük əksəriyyəti xəstələnirlər:

“Hətta xəstəliyi xeyli ağır keçirirlər. “Delta+” ştammı da artır, tamamilə başqa bir klinik aləmətləri üzə çıxır. Xəstələrdə uzun müddət temperatur düşmür, daha gənc nəsli əhatə edir. Bütün bunlar narahatlıq doğurur və düşünürəm ki, bu Azərbaycana yayıldığı halda vəziyyət ciddi ola bilər. Operativ Qərargah indidən bu məsələlərlə məşğul olmalıdır”.