Bu avtomobilin 1 porşeni 65 min dollardır – VİDEObackend

Bu avtomobilin 1 porşeni 65 min dollardır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adi avtomobildə dirsəkli valın dövrlər sayı dəqiqədə 5000-i keçmədiyi halda (taxometrdəki 8000 d/d sizi aldatmasın), idman bolidində dövrlər sayı dəqiqıdı 22 000-dir! Bu tezliklə dövr edən mühərrikin porşeni dəqiqədə təxminən 60 000 enmə-qalxma hərəkəti edir. Bu zaman porşenin başına 1000 kq/metr yük düşür. Bu da gəmi mühərrikindəki yükə bərabərdir. Üstəgəl alışma taktında temperatur 2500 dərəcəyə çatır. Adi düralüminium porşen bu rejimdə heç bir dəqiqə işləyə bilməz. Bu porşen isə 5000 km işləməlidir.
İfrat qızma və sürtünmənin qarşısını almaq üçün silindr divarları təzyiqlə yağlanır. Halbuki adi mühərriklərdə 100 ildir çiləmə üsulu tətbiq edilir və düzgün qulluq zamanı silindr divarı və porşen 600-700 min km yol qət edə bilir (yük avtomobilində 1 milyon km və daha çox.