Tribuna İnformasiya Agentliyi

Bu avtomobildən ölkədə cəmi 3 ədəd var – QİYMƏTİ 500 min AVRO

15 Sentyabr

Türkiyə birinci liqasında oynayan “Sivasspor” futbol klubunun braziliyalı ulduzu Robinyo Türkiyədə sadəcə 3 ədəd olan 500 min avroluq avtomobilin sükanına keçərək foto çəkdirib.

Sfera.az xəbər verir ki, Yaponiyanın “Honda” firmasının NSX markalı avtomobilinin təqdimat mərasimində klub rəhbərliyi və futbolçular iştirak edib. Sükana keçən Robinyo avtomobili işə saldıqdan sonra çıxan səs qarşısında təəccübünü gizlədə bilməyib.

Avtomobil haqda məlumat verən “Honda” NSX eksperti Tolqa Kaburcu avtomobili Türkiyədə gəzdirərək reklam etdiklərini bildirib:

“Avtomobilin hazırkı qiyməti 500 min avrodur. Qiyməti çox yüksəkdir. Türkiyədə sadəcə 3 ədəd satılıb. “Sivassporlu” futbolçuları bu gün dəvət edib bunu göstərmək istədik. Xüsusilə Robinyo fərqli maraq göstərdi, xoşuna gəldi. Daha əvvəl bu modeli görmədiyini, fərqli avtomobil olduğunu deyib. Xüsusilə səsi çox xoşuna gəldi. Bəlkə yaxın vaxtlarda onun üçün sürücülük sınağı təşkil edə bilərik”.