Tribuna İnformasiya Agentliyi

Bu avtobuslar ölüm saçır (VİDEO)

07 Noyabr
Sumqayıtdan Bakıya və ya əks istiqamətə sərnişin daşıyan ford mikroavtobuslar yenidən aktivləşib. Buna əsasən Sumqayıt şəhərində səhər saatlarında rast gəlmək mümkündür. Bu avtobuslara vətəndaşların yanaşması isə birmənalı deyil. Bəzi sərnişinlərhesab edir ki, bu nəqliyyat vasitələri ilə səyahət etmək olar, bəzilərinə görəisə bu avtobuslarölüm saçır.
Nə lisenziyalarıvar, nədəkitibbi müayinədən keçiblər. Birmüddətdirfəaliyətinəqadağa qoyulan Ford mikroavtobuslaryenidən yollarda şütüməyə başlayıb.
Sumqayıtdan Bakıya və ya əks istiqamətdə sərnişin daşıyan Fordlar əsasən səhər saatlarında şəhərin Avtovağzal yaxınlığında dayanırlar. Bu ərazidə qanunsuz fəaliyyət göstərən müxtəlif növ ictimai nəqliyyat vasitəsinə rast gəlmək mümkündür.Həm qanunsuz fəaliyyət göstərən Ford sürücüləri,həm bu nəqliyyatdan istifadə edən sərnişinləröz həyatlarını təhlükəyə atmaqdan belə çəkinmirlər.
Bəzi sərnişinlərinözləri də bu qanunsuz fəaliyyəti dəsdəkləyir.
Buna baxmayaraq, sərnişinlərin əksəriyyəti bu cür qanunsuz fəaliyyətin qarşısının bir dəfəlik alınması üçün ciddi tədbirlərə ehtiyyac olduğunu deyirlər.
Məsələyə ilə bağlı, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin təbliğat və təşviqat işləri üzrə inspektoru İsmayıl İsmayılov bildirdi ki, sözügedən nəqliyyat vasitələri şəhərin bir sıra yerlərindən qeyri-qanuni şəkildə fəaliyyət göstərir. Polis əməkdaşları tərəfindən qanunsuz Fordlara qarşı tez tez reydlər keçirilir. Aşkarlanan fakt əsasında həmin sürücülər barəsində ciddi tədbirlər görülür.Daşımaları həyata keçirən maşınlar reysqabağı texniki baxışdan keçirilmir, sürücüləri tibbi müayinə ilə təmin olunmurlar. Qeyri-qanuni daşımalarda qəza riskləri çox yüksəkdir.Bu səbəblə, vətəndaşlara qanuni daşımalar və müntəzəm marşurt xətlərindən istifadə etmək tövsiyyə edilir-deyə İsmayıl İsmayılov bildirib.