“Bu atəşkəsin humanitar xarakter daşıması şübhəlidir” – Sabir Rüstəmxanlıbackend

“Bu atəşkəsin humanitar xarakter daşıması şübhəlidir” – Sabir Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12:00-dan cəbhədə tərəflər arasında humanitar atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə raket atəşinə tutulub. Bu zaman 9 nəfər dinc sakinin həlak olduğu, 39-nun isə yaralandığı vurğulanıb.

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, həmin Moskva görüşü ilə Rusiya bir daha göstərdi ki, Cənubi Qafqazın sahibliyindən hələ əl çəkmək niyyətində deyil.

Onun fikrincə, Azərbaycanın bu şimal qonşusu atəşkəsin pozulmasına görə Ermənistana hər hansı təzyiq göstərmir: “Bu görüşlə aydın oldu ki, ATƏT-in Minsk qrupu adlı qurum boş şeydir. Məsələni Rusiyanın iradəsi həll edir. Amma burada paradokslar da var. Belə ki, bir tərəfdən Moskvadan Ermənistana silah daşıdığı deyilən təyyarələr gəlir, digər tərəfdən də Rusiya münaqişəni nizamlamaq məsələsində vasitəçilik edir. Ona görə də oyadır. Vasitəçi olaraq Rusiyanın rolunu anlaşılmaz hala salır”.

S.Rüstəmxanlı deyib ki, Azərbaycan beynəlxalq humanitar hüququn normalarına riayət edir, mülki vətəndaşlara qarşı silah işlətmir. Onun fikrincə, Azərbaycan tərəf az itki vermək, Ermənistan hərbi birliklərini dinc yolla Qarabağdan çıxarmaq üçün atəşkəsə razılıq verib: “Amma sonrakı proseslər necə olacaqsa, o barədə indidən fikir yürütmək tələskənlik olardı”.